Yuventus FK | ||||
---|---|---|---|---|
Juventus Football Club | ||||
![]() Klubun rəsmi loqosu | ||||
Klubun tam adı | Juventus Football Club S.p.A | |||
Ölkə |
![]() |
|||
Ləqəb(lər) |
La Vecchia Signora[1] (Qoca qadın) I Bianconeri (Ağ-qaralar) Le Zebre (Zebralar) La Fidanzata d'Italia (İtaliyanın sevgilisi) Madama (Xanım) Le Ghebua (Donqar) |
|||
Kodu |
Yuve JUV |
|||
Rəng(lər) | Ağ-qara | |||
Yaranma tarixi | 1 noyabr 1897 ) | |||
Stadionu | Juventus Stadium | |||
Tutumu | 41.507 | |||
Sahibi |
![]() |
|||
Prezidenti |
![]() |
|||
Baş məşqçisi |
![]() |
|||
Kapitanı |
![]() |
|||
Liqa | İtaliya A Seriyası | |||
2023/24 | 3 | |||
| ||||
Rəsmi saytı | ||||
![]() |
"Yuventus Futbol Klubu" (it. Juventus Football Club) — İtaliyanın Turin şəhərində yerləşən peşəkar futbol klubu. İtaliyanın ən üst səviyyəli liqası olan Seriya A-da mübarizə aparır. 72 rəsmi çempionat kuboku ilə digər bütün İtaliya klublarından daha çox kuboka sahibdir. Bu kubokların 61-i İtaliyada qazanılmışdır. FİFA tərəfindən Avropanın ən uğurlu üçüncü, dünyanın isə altıncı klubudur. Adının mənası Latın dilində gənclik deməkdir. "Yuventus" İtaliyada ən böyük azarkeş kütləsinə sahibdir. Dünyadakı azarkeş sayı isə 10,5 milyonun üstündədir. G-14-ün dağılmasından sonra elit klublarr tərəfindən yaradılan Avropa Klublar Assosiasiyasının qurucu üzvüdür. Matçlarını 41.507 tutumlu "Juventus Arenada" oynayır. İtaliya A Seriyasının 36 dəfə qalibi olmuşdur..
"Vecchia Signora" (yəni "Yaşlı Xanım") ləqəbi ilə tanınan "Yuventus", 36 rəsmi çempionat tituluna, 15 Coppa Italia kubokuna və doqquz İtaliya Superkubokuna sahibdir və bu yarışlarda ən çox mükafata sahib olan klubdur; həmçinin iki Qitələrarası kubok, iki Avropa kuboku/Çempionlar liqası bir UEFA Kuboklar Kuboku, üç UEFA Kuboku (İtaliya rekordu), iki UEFA Superkuboku və bir UEFA İntertoto Kuboku (İtaliya rekordu) qazanıb. Bu səbəbdən "Yuventus" tarixi Federazione Italiana Giuoco Calcio (FIGC) reytinqində birinci yeri tutur, beynəlxalq arenada isə Avropada altıncı, dünyada isə ən çox konfederasiya titulu qazanan klub olaraq on bir mükafatla on ikinci yerdədir. Eyni zamanda, UEFA tarixində ən yüksək koeffisient ballarını qazandığı yeddi mövsüm ərzində ən yaxşı nəticəyə sahib olan İtalyan klubudur və bu halda ümumilikdə ikinci sıradadır.